Onlayn terapiya nədir?
Ənənəvi terapiya kimi, onlayn terapiyanın məqsədi insanın rifahını yaxşılaşdırmaq, narahatlıq və depressiya kimi psixi sağlamlıq vəziyyətinin simptomlarını azaltmaq və onların əsas səbəbini tapmaq və müalicə etməkdir. Yeganə fərq ondadır ki, pasientlər və mütəxəssislər şəxsən seanslarda iştirak etmək əvəzinə mətn və ya səsli mesajlaşma, səsli və video zəng vasitəsilə ünsiyyət qururlar.
Son zamanlarda aparılan araşdırmalar onlayn terapiyanın faydalı olduğunu təstiqləyir. Ən əsası, onlayn terapiyalar, gündəlik iş rejimi ilə bağlı mütəxəssislərin ofislərinə birbaşa gedə bilməyən insanlara onlarla əlaqə saxlamaq imkanı və daha da önəmlisi, adətən fərdi terapiyalarla müqayisədədaha ucuz olan qiymətlər təklif edir.
Qeyd etmək lazımdır ki, teleterapiya və ya virtual terapiya adlanan onlayn terapiya hər kəs üçün uyğun deyil. Kəskin psixi sağlamlıq vəziyyəti ilə üzləşən, intihar etmək, özünə və ya başqalarına zərər vermək barədə düşüncələri olan, ağır depressiya və ya şizofreniya kimi ciddi psixi xəstəlik diaqnozu qoyulmuş şəxslər psixoloqlarla birbaşa məsləhətləşmədən daha çox fayda alacaqdırlar.
Onlayn terapiya necə işləyir?
Olduğunuz məkandan asılı olmayaraq “Will” tətbiqini telefonunuza endirərək peşəkar psixoloqlarla onlayn terapiya təyin edə bilərsiniz. Seçiminizə görə terapiyanı audio zəng, video zəng və ya mesaj şəklində davam etdirə bilərsiniz.
Terapiya üçün mütəxəssis seçimi zamanı tətbiqdə yerləşən “Psixoloqlar” bölməsindən ətraflı məlumat əldə edə və sizə ən uyğun psixoloqu seçərək seanslara başlaya bilərsiniz.